“Öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr zaman-zaman bunun acı nəticələrini dadırlar…”-CEYHUN MƏMMƏDOV

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin dini fəaliyyət sahəsində qəbul etdiyi ən mühüm qərarlardan biridir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov bildirib.

Qeyd edib ki, 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin din sahəsində qəbul etdiyi ən uzaqgörən və müdrik qərarlardan biridir. Dövlət-din münasibətlərinin tənzimlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınmasında, dini fəaliyyət sahəsində milli kadrların hazırlanmasında Dövlət Komitəsi müstəsna rol oynayır.

Onun sözlərinə görə, bu gün müsəlman ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri dini təhlükəsizliyin təmin edilməsidir. Təcrübə göstərir ki, müasir dövrdə bir sıra dövlətlər müsəlman ölkələrində sabitliyin pozulmasında və qarşıdurmanın yaradılmasında din amilindən məharətlə istifadə edirlər.  Öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr zaman-zaman bunun acı nəticələrini dadırlar. Gözümüzün qarşısında Yaxın Şərqin bir sıra dövlətlərinin ağır təcrübəsi var.  

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyətə başladıqdan sonra ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınmasında ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı.    

Müstəqilliyin ilk illərindən başlayaraq qeyri-ənənəvi radikal təriqətlər Azərbaycanda dini durumu gərginləşdirməyə, gəncləri qeyri-ənənəvi radikal təriqətlərin ardıcılına çevirməyə çalışırdılar. Bu təhlükəni görən Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzaladı. Digər MDB Respublikaları Azərbaycandan sonra buna bənzər strukturların yaradılması barədə qərar qəbul etdilər.

Həmin dövrdən başlayaraq Azərbaycanda din sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əgər o zaman bu qurum yaradılmasa və zamanında zəruri tədbirlər həyata keçirilməsə bu gün Azərbaycanda dini durum fərqli olardı. Bütün bunlara Ümummilli lider Heydər Əliyevin sayəsində nail olundu. 

Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla və böyük uzaqgörənliklə davam etdirirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva din sahəsinə xüsusi diqqət və qayğı göstərirlər. Ölkəmizin bütün bölgələrində yeni ibadət ocaqları inşa, təmir və bərpa olunur, dini icmalara hər il maliyyə yardımı göstərilir.

Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət dairəsi daha da genişlənmiş, bu qurumun nəzdində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi böyük bir quruma və ailəyə çevrilmişdir. Hazırda dövlət-din münasibətlərinin tənzimlənməsi, mənəvi dəyərlərin qorunmasında, milli kadrların hazırlanması istiqamətində işlər davam etdirilir. Qarşıda isə hələ görüləsi çox iş var”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

1993-cü ilin 15 iyunundan 2021-ci ilin 15 iyununa gedən Zəfər yolu! Və əlvida, həmsədrlər, əlvida, Minsk qrupu!-ELDAR İBRAHİMOV YAZDI – (ÖZƏL)

Read Next

Daha 21 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir