“Öz ixtisasıma uyğun işlə təmin olunmağımı, artıq müəllim işləmək istəyirəm”-MİNGƏÇEVİRLİ İKİ ÖVLAD ANASI JALƏ QARAYEVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Mingəçir şəhər sakini, iki övlad anası, ali təhsilli müəllim Jalə Qarayeva ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeyava, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri  Fərəh Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevə, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Jalə Ramiz qızı Qarayeva Mingəçevir şəhərində yaşayıram. Ali təhsilliyəm, ailəliyəm, iki övladım var. 2007-ci ildə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir şəhər filialının ibtidai metodika fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə cəmi bir il işləmişəm. İşə qəbul olmaq üçün ötən ilin iyun ayında imtahan verib 52 bal toplamışam. Lakin çox təəssüflər olsun ki, bu yüksək balla da işə qəbul oluna bilməmişəm. Övladlarımı böyütmək üçün hazırda sosial işçi kimi xadiməçi (texniki işçi) işləyirəm.

Aldığım məcavib də çox azdır. Maddi vəziyyətimiz də çox aşağı vəziyyətdədir. Eyni zamanda, oğlumun səhhətində ciddi problemlər var, uzun müddətdir müalicələr alır. Bir sözlə, ailə vəziyyətimiz,  yaşayışımız, dolanışığımız, güzəranımız çox pisdir”.

Müraciətdə sonra deyilir:

“Cənab Prezident!

Öz peşəmi çox mükəmməl bilirəm. Çox həvəskar, savadlı, vicdanlı bır müəllim kimi öz peşəmdə, artıq öz ixtisasım üzrə işləmək iştəyirəm. Qeyd etdiyim kimi, həm də iki övlad anasıyam və övladlarımın biri 10-cu, digəri isə 11-ci sinif şagirdidir. Cəmi aylar sonra böyük övladım orta məktəbi bitirib müstəqil həyatına qədəm qoyacaq. Ona görə Sizdən dönə-dönə xahiş və rica edirəm ki, övladlarımın gələcəyi və onları  Vətən üçün xeyirli bir övlad yetişdirməyim üçün mənə köməklik göstərin. Gələcəyin bir əsgər anası kimi Sizdən xahişi edirəm ki, mənə köməklik edəsiniz. Mən ali savadlı bır şəxs xadiməçı (texniki işçi) işləyirəm.

Xadiməçi işləməyimə baxmayaraq, savadımı, biliyimi hər an artırıram. İnanın xadiməçi işləməyim dözülməz haldır. Yuxarıda da qeyd etdiyim kimi,  cəmi bir il Mingəçevir şəhər 10 saylı orta məktəbdə  işləmişəm. İndi şagirdlərimin məni bu işdə çalışdığımı görəndə ən azından onların gələcəklərinin korlanmasına, onların üzüntüsünə, onların xəyalqırıqlığına səbəb olacağımı düşünürəm. Çünki uşaqlar bizim gələcəyimizdir. Ali təhsilli və savadlı bir müəllimin xadiməçi işləməsini görməkləri məni ağır pis edir.

Ona görə bir daha Sizdən xahiş edirəm ki, səllahiyyətlərinizdən istifadə edərək, mənim Mingəçevir şəhərində yerləşən məktəblərdən birində öz ixtisasıma uyğun işlə təmin olmağıma köməklik göstərəsiniz, bu istiqamətdə müvafiq qurumlara və məsul şəxslərə tapşırıq və göstərişlər verəsiniz. Sizi əmin edirəm ki, etimadınıza, güvəninizə layiq olmağa çalışacağam.

Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, Müstəqil və Qalib Azərbaycanımızı qorusun!”

09:37, 28 fevral

Etikxeber.az

Read Previous

Daha 832 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Read Next

Kiyevdə televiziya qülləsinə raket zərbəsi endirildi-5 NƏFƏR ÖLDÜ, 5 NƏFƏR YARALANDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir