“Öz sərhədlərini belə özü qorumayan bir “dövlət” olaraq Ermənistanın da, onun havadarlarının da müharibədə olduğu kimi, diplomatik cəbhədə də fiaskosu qaçılmazdır”-MİLLƏT VƏKİLİ YAZDI

Müharibə başa çatdıqdan və kapitulyasiya aktından sonra, bölgədə davamlı sülh və kommunikasiya xətlərinin açılması istiqamətində Azərbaycan və Ermənistan arasında siyasi təmasların aktivləşdiyi bir dövrdə, terror fəaliyyəti üçün qanunsuz olaraq Azərbaycan ərazilərinə keçən və yaxalanan cinayətkar qrupla bağlı bəzi dövlətlərin, habelə, insan hüquq “müdafiə” təşkilatları və siyasi təsisatların göstərdiyi çürük canfəşanlıq təəccüb doğurur.

Təhlükəsizlik və terrorla mübarizənin qlobal prioritetə çevrildiyi bir zamanda cinayətkar dəstələrin yaxalanması və yeni ictimai təhlükəli əməllər törətməsinin qarşısının alınması hər şeydən öncə bəşəri dəyərlərə xidmət sayılmalıdır və yeni dünya düzəninin tələbi də budur.

Bu mənada, müharibənin olmadığı bir dövrdə, cinayətkarı qəsdən hərbi əsir kimi təqim etmək kimi ucuz cəhdlər əslində dünyanın sülh və insanlıq əleyhinə cinayətlərdən sığortalanması prosesi üçün ciddi əngələ çevrilməkdədir.

Lakin terrorçuları “hərbi əsir” kimi təqdim edərək Azərbaycana qarşı siyasi təzyiq mühiti formalaşdırmaq cəhdləri və bu istiqamətdə “vasitəçilik” missionerliyinin uğursuzluğu onu göstərir ki, artıq qalib Azərbaycanla təzyiq dilində danışmaq alınmır.

Prezident İlham Əliyev necə ki, 44 günlük müharibədə beynəlxalq hüququn aliliyini və bəşəri ədaləti bərpa etdi, eləcə də bu ucuz şounun da qarşısını qətiyyətlə almaqdadır.

Proses ətrafında son müzakirələr və elə erməni mediasının özündə yayılan məlumatlar bir daha göstərir ki, Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasət yürüdən, qonşuları ilə bərabərhüquqlu siyasi platforma qurmağı bacarmış, öz maraqlarına münasibətdə diqtə edən regional güc sahibidir.

Bu mənada öz sərhədlərini belə özü qorumayan bir “dövlət” olaraq Ermənistanın da, onun havadarlarının da müharibədə olduğu kimi, diplomatik cəbhədə də fiaskosu qaçılmazdır.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şəhidlər ailəsindən olan 4 medallı İgidimiz-Ruslan Maksim oğlu Əliyev və QARDAŞI İLƏ VƏTƏNİN KEŞİYİNİ ÇƏKƏN 7 MEDALLI QƏHRƏMANIMIZ-ZAKİR SƏNAN OĞLU VƏLİYEV…-FOTOLAR

Read Next

“Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır…”-Əliyev Bozkırı – QƏBUL ETDİ – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir