Şəhidlər ailəsindən olan 4 medallı İgidimiz-Ruslan Maksim oğlu Əliyev və QARDAŞI İLƏ VƏTƏNİN KEŞİYİNİ ÇƏKƏN 7 MEDALLI QƏHRƏMANIMIZ-ZAKİR SƏNAN OĞLU VƏLİYEV…-FOTOLAR

Bugünlərdə yenidən kəndimizdə (qəsəbəmizdə)-Qəhrəmanlar yurdu, İgidlər oylağı olan Qızılhacılımda idim…

Fürsətdən istifadə edib, daha iki İgidimizlə, daha iki Qəhrəmanımızla, Qızılhacılımın daha iki İkinci Vətən Müharibəsi iştirakçısı-leytenant Ruslan Maksim oğlu Əliyev və hərbçi-MAXE Zakir Sənan oğlu Vəliyevlə bir araya gəldim, görüşdüm…

Hər ikisi də hazırda kənddə, məzuniyyətdədirlər…

***

1990-ci il təvəllüdlü, 31 yaşlı Ruslan Şəhid-Şəhidlər ailəsindəndir…

Bir dəfə də yazmışdım: Əmisi-rəhmətlik Yaşa Birinci Qarabağ Savaşının İgidlərindən, Şəhidlərindəndir…

Atasının xalası oğlu Yunis Əliyev Birinci Vətən Müharibəsinin Qəhrəmanlarından, 1992-ci il Şəhidlərindən, Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır…

Anasının xalası oğlu Mahir Sabir oğlu Dosiyev yenə Birinci Qarabağ Savaşının, 1992-ci ilin Şəhidlərindəndir…

Eyni zamanda, atasının yaxın qohumları-İlkin Səfail oğlu Vəliyev və Nofəl Xaliq oğlu Nuriyev İkinci Qarabağ Savaşının İgidlərindən, ölümləri ilə Dastan yazan Qəhrəmanlarından, Şəhidlərindəndir…

Ruslan haqqında çox eşitmişdim, görüşümüz zamanı bir daha İgidliyinə, Cəsurluğuna, Qəhrəmanlığına, Vətən sevdalılığına əmin və şahid oldum…

Fəxr ediləcək, Qürur duyulacaq bir Qəhrəman, Vətən sevdalısı, əmisinin, qohumlarının qanını yerdə qoymayan, qisası qiyamətə saxlamayan bir İgiddir…

Ruslan ali təhsillidir, bədən tərbiyəsi müəllimidir, bir müddət müxtəlif sahələrdə çalışıb, son bir il-ilyarımını isə Ordu ilə, hərblə bağlayıb, peşəkar hərbçidir, leytenantdır…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Füzulidən, Cəbrayıldan, Xocavənddən Daşaltıyacan döyüş yolu keçib…

3 dəfə ağır yaralanıb, xəsarətlər alıb – Füzuli-Xocavənd istiqamətlərində…

Müharibənin elə ilk günündə-Füzulidə başının sağ tərəfindən ciddi zərbə alıb, amma dayanmayıb, döyüş yoluna davam edib…

İkinci dəfə yenidən Füzuli istiqamətində, oktyabrın ilk günlərində, ağır döyüşlərdən birində yenə başının sağ tərəfindən və belindən ağır zərbələr, xəsarətlər alıb, ölümdən dönüb, amma yenə inadından dönməyib, dayanmayıb, döyüş yolunu davam etdirib…

3-cü dəfə isə Xocavənd istiqamətində döyüşlərdən birində, oktyabrın 28-də yenə başından, o cümlədən, hər iki gözündən və onurğasından ağır zərbələr, xəsarətlər alıb…

Füzuli, Hacıqabul, Mingəçevir, Şəmkir, Tovuz xəstəxanalarından tutmuş “Papanin” hospitalına qədər uzun və ağır müalicə və müayinələrdən keçib…

Sonra yenidən Orduya, xidmətini davam etməyə qayıdıb, hazırda da Xocavənd istiqamətində Vətənin keçiyini çəkməkdə, onu göz bəbəyi kimi qorumaqdadır…

Yaxın günlərdə də yenidən səhhəti ilə bağlı növbəti müalicəsinə başlayacaq…

İgidimizin Qəhrəmanlığı, İgidliyi dövlətimiz, Ali Baş Komandan tərəfindən də qiymətləndirilib, 4 medalla təltif olunub…

Tam Haqq edir, Haqqını da alıb, daha artığına layiqdir…

Allah qorusun, üstündə Yar olsun-İgidimizin, İgid balamızın!

***

Daha bir İgidimiz, Qəhrəmanımız Zakir Sənan oğlu Vəliyevin də şərəfli döyüş yolundan, İgidliyindən danışmaqla, bəhs etməklə qurtarmaq olmaz…

Hər anı, hər səhifəsi qəhrəmanlıqlarla, igidliklərlə dolu…

Qarşısında baş əyiləcək bir Oğul…

Zakir mənim orta məktəbdə sinif rəhbərim və mənəvi anam olmuş rəhmətlik Svet (Svetlana) müəlimin nəvəsi, həm də qohumumdur…

Zakirgil iki qardaşdır…

İkisi də vətənlərini canlarından çox sevən Oğullardır…

İkisi də Ordudadır…Qardaşı-Eltun hələ də əsgərliyini çəkməkdə, Zakir isə hərbçi kimi, fəaliyyətini davam etdirməkdədir…

Zakirin də döyüş yolu uzun olub…

Füzulidən Şuşayacan…

Hazırda da Şuşa istiqamətində Vətənin keşiyini çəkməkdədir…

İgidimiz ağır döyüşlərdən birində (oktyabr ayında) yaralansa da, yenə də dayanmayıb, döyüş yolunu davam etdirib, düşmənə qad udduranlardan olub…

Nə az-nə çox, düz 7 medalla təltif olunub…

Qeyd etdiyim kimi, qarşısında baş əyiləcək çox ağıllı, çox tərbiyəli, çox istiqanlı, çox vətənpərvər bir Oğuldur…

Onu da qeyd edim ki, Zakir dayısı oğlu da İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qəhrəmanlarından, indinin özündə Qarabağda Vətənin keşiyində dayanan İgidlərdəndir…

Əsgər Etibar oğlu Əsgərov İgidliyinə görə, “Cəsur döyüşçü” medalı ilə təltif olunub…

Hər ikisinin də Haqqıdır, öz İgidlikləri, öz Cəsurluqları ilə bunu-bunları Haqq ediblər…

Allah hər ikisini də qorusun, Yar və Yardımçısı olsun!

Fəxrimiz, Qürurumuzdurlar!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bunlar hər birimizin sağlamlığı, təhlükəsizliyi, gələcəyi üçün vacib və önəmli məqamlardır…”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNİŞ ETDİ

Read Next

“Öz sərhədlərini belə özü qorumayan bir “dövlət” olaraq Ermənistanın da, onun havadarlarının da müharibədə olduğu kimi, diplomatik cəbhədə də fiaskosu qaçılmazdır”-MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir