“Öz silah-sursatlarımızdan istifadə edəcəyik…” – MURADOVA

Azərbaycan lazım gəldikdə öz istehsal etdiyi silah-sursatdan istifadə etməklə ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin edəcək.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM)  sədr müavini Bahar Muradova  parlamentin plenar iclasında  büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi Azərbaycanın gələn ildəki vəzifələrini yerinə yetirmək üçün mövcüd reallıqlara uyğun şəkildə hazırlanıb.
“Büdcədə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı 2017-ci ildə bu sahəyə ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki,  bu da ötən illə müqayisədə 2,1 faiz artıqdır. Bütün bunlar növbəti ildə də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritet istiqamət kimi qarşıya qoyulduğunu göstərir. Təbi ki, bu da təsadüfi deyil”– deyə, vitse-spiker vurğulayıb.
B. Muradova əlavə edib ki, ötən il baş verənlər, xüsusilə də “Aprel hadisələri”ndən sonrakı durum, danışıqlar prosesindəki mövcud vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin bu istiqaməti daim diqqət mərkəzində saxlamasını  labüd və zəruri edir:
“Çünki son nəticədə bu məsələnin həllində Azərbaycan öz gücünə istinad edir. Burada da həm ordunun qüdrətinin gücləndirilməsi, bu sahədə çalışan  və xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının maddi və sosial durumunun yaxşılaşdırılması, müdafiə səneyesinin inkişafı nəzərdə tutulur.  Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz beynəlxalq aləmdə hərbi sursat istehsalı edən ölkələr sırasında Azərbaycanın rolunun artmasını, ölkəmizin doğru yolda olduğunu göstərir. Azərbaycan lazım gəldikdə öz istehsal etdiyi silah-sursatlardan ölkənin ərazi bütövlüyünün və müdafiəsini təmin etmək üçün istifadə edəcək”.
Etikxeber.az

Read Previous

Əli Həsənov deputatları “topa tutdu”…

Read Next

“Aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinə ehtiyac var” – VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir