Özbək, Qazax və Qırğız qonaqlar-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ SÜBHAN ABDURANMANLI VƏ ELVİN BABAYEVİN MƏZARINI ZİYARƏT ETDİLƏR… – FOTOLAR

Özbəkistan, Qazaxıstan və Qırğızıstandan ölkəmizə səfər edən qonaqlar Hərbi Memorial Məzarlığı (İkinci Fəxri Xiyabanı) və Şəhidləri ziyarət ediblər.

Bu gün-7 oktyabr 2026-cı il tarixində İkinci Vətən Müharibəsi Şəhidi, Gizir Sübhan Mahir oğlu Abdurahmanlının Anım Günü ilə məzarı başında tədbir keçirilib.

Tədbirin təşkilatçısı Şəhidsevər Xəyalə Aydınqızı olub.

Tədbir zamanı Özbəkistan, Qazaxıstan və Qırğızıstandan ölkəmizə gələn bir qrup Özbək, Qazax və Qırğız qonaq Hərbi Memorial Məzarlığı, o cümlədən Sübhan Abdurahmanlı və Anım Günü olan digər İkinci Vətən Müharibəsi Şəhidi Elvin Əkbər oğlu Babayevin məzarını ziyarət ediblər.

Şəhidlərin məzarı üzərinə gül dəstələri düzərək, ruhlarına dualar ediblər.

Şəhid anası Mehriban Abdurahmanova da öz növbəsində tədbirin təşkilatçısı Xəyalə xanıma, o cümlədən Özbək, Qazax və Qırğız qonaqlara, telejurnalist Nüranə xanıma minnətdarlığını ifadə edib.

“Biz hamımız Türkük və hər zaman da bir olmuşuq və bir olmalıyıq. Ziyarətiniz, yüksək ehtiramınız üçün də hər birinizə minnətfarıq”-deyə, o, əlavə edib.

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Komandir qol saatını mənə hədiyyə edəcəkdi, amma…”-QAZİ KƏNAN ABDULLALI – İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-TƏK ÖVLAD TELMAN ƏLƏKBƏROV VƏ İKİ QARDAŞDAN BİRİ ELVİN BABAYEVİN ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN 6 İL KEÇİR – FOTOLAR – YENİLƏNİB

Read Next

Ali-hərbi təhsilli, peşəkar hərbçi, Kapitan, nəşi 50 gündən sonra tapılan Fizuli Əliyev, Əfsanəvi Xüsusi Təyinatlı, ailənin dörd övladından, üç qardaşdan biri Devran Nayıbov, evin tək, subay və ali təhsilli oğli Rəşad Zeynallı və tək bacının tək qardaşı, bir övladı Vətənə əmanət qalan Şövqi İsmayılzadə-BU GÜN ANIM VƏ ŞƏHADƏT GÜNLƏRİDİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir