Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri-BAŞA ÇATDI – FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Etikxeber.az

Read Previous

Şəhid anasının rəhbərlik etdiyi “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyi bu dəfə Biləsuvarda-QAZİLƏRLƏ BAĞLI TƏDBİR TƏŞKİL ETDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri-ORXAN ƏRƏBOVUN BU GÜN 30 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir