Özbəkistanda prezident seçkilərində vaxtından əvvəl səsvermənin birinci günü altı minədək seçici səs verib.
Etikxeber.az Özbəkistan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, noyabrın 24-dən etibarən dekbarın 4-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq vaxtından əvvəl səsverməyə start verilib. Elə ilk günü altı minə yaxın insan səsəvermədə iştirak edərək, öz səslərini istədikləri namizədə veriblər.
Səsvermənin nəticəsinə gəldikdə isə MSK-a bəyan edib ki, bülletenlər dekabrın 4-də səsvermə bitdikdən və sesçkilərə yekun vurulduqdan büllütünlər açılaraq sayılacaq.
“Özbəkistanda prezident seçkiləri haqqında” qanuna uyğun olaraq seçki günü-dekabrın 4-də ölkədə olmayan, bu və ya digər üzürlü səbəbdən öz yaşayış məntəqəsində səsverə bilməyəcək şəxslər seçkidən öncə səsvermə hüququna malikdirlər.
Səsvermə hər gün səhər saat 9.00-da başlayır 18.00-da bitir.
Vaxtından əvvəl seçkilər seçki gününə on gün qalmış başlayır və bir gün qalmış bitir.
Vaxtından əvvəl səs verəcək şəxs səsvermə günü ola bilməyəcəyi səbəblərini göstərməklə ərizə vasitəsi ilə seçki məntəqlərinə müraciət etməlidir. Seçki məntəqəsi də vətədaşdan səsvermə günü ölkədə olmayacağı ilə bağlı hər hansı sənəd tələb edə bilməz.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, prezident seçkiləri ilə bağlı ölkə ərazisində 9381 seçki məntəqəsi yaradılıb və bu məntəqələrdə 21,435 milyon seçici səs verəcək.
Prezident postu uğrunda dörd siyasi partiyanın namizədi mübarizə aparır.
Hazırda namizədlər seçki kampaniyasını davam etdirir.
Etikxeber.az