“Özləri öncə Konstitusiyaya əməl etsinlər” – YAP-DAN “MÜSAVAT”A REAKSİYA GƏLDİ

Bu təklif, bu çağırış qəbuledilməzdir, əsassızdır, cəfəngiyyatdır.

Bunu Etikxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev “Müsavat” başqanı Arif Hacılının ölkədə “Konstitusiyaya əməl et!” şüarı altında kampaniyaya başlamaq təklif-çağırışına münasibətini bildirərkən deyib.

Millət vəkili deyib ki, ölkədə bütün sahələrdə və məsələlərdə qanunlara, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş və sonradan bir neçə dəfə yeni demokratik dəyişikliklər edilmiş ölkə Konstitusiyasına, onun müddəalarına tam əməl və riayət olunur.

T. Rzayevin dediyinə görə, Azərbaycan dünyəvi, demokratik, unitar, modern dövlət kimi, insan hüquq və azadlıqlarının tam təmin olunması üçün bütün addımları atır və atmaqdadır.

“Bu məsələlər hamısı qanunlarla, ən əsası Ana Yasa-Konstitusiya ilə tam təsbit olunub. Konstitusiyamızda hər bir məsələ özünün əksini tapıb və ən əlamətdar cəhət odur ki, həmin hüquq və azadlıqlar reallıqda, gerçəklikdə özünü göstərib. Ölkədə söz, mətbuat, dini etiqad, vicdan, sərbəst toplaşmaq azadlığı hər cür təmin olunub. Kimsə bundan şikayətlənə bilməz. Kim nə ürəyi istəyir, yazır, yayır, kim mintinq keçirmək istəyir, qanunlara əməl edilməsi şərtilə şərait yaradılır. “Məhsul” stadionunda mintinq keçirənlər məgər müxalifətçilər deyil?

Yox, əgər kimlərsə, demokratiya ilə anarxiyanı, söz azadlığı ilə qarayaxmanı, şantaj və böhtanı, antikonstitusion çağırışları səhv salırsa, bunları eyniləşdirirsə, çox böyük səhv edir və yanlış yoldadırlar. Bunlara heç kim icazə verə bilməz və vermir, verməyəcək. Azərbaycan qanunlarla, Konstitusiya ilə idarə olunan ölkədir. Hər kəs də bu qanunlara, Konstitusiya normalara əməl etməlidir. Kimlərsə özlərini qanunlardan və Konsitutusiya normalarınan yuxarıda görə bilməzlər. Kimsəyə belə bir haqq verilib.

Həmçinin, istər dövlət-hökumət orqanları, istərsə də bu dövlətin, bu millətin təhlükəsizliyinin təmin olunmasında, qayda-qanunların yaradılmasında böyük rolu və xidmətləri olan hüquq-mühafizə orqanları və sair hamısı ölkə Konstitusiyasına tam əməl edirlər. Əgər kimlərsə də bundan sui-istifadə etməyə cəhd göstərirlərsə, elə ilk növbədə dövlət, hakimiyyət özü buna sərt reaksiya verir, onları qanunlar əsasında cəzalandırır. Kimsənin də çağırışını, bəyanatını gözləmədən.

Ona görə yaxşı olardı ki, bu kimi təklif səsləndirməkdənsə, müxalifətçilər, “Müsavat” rəhbərliyi özləri Konstitusiyaya, qanunlara əməl etsinlər, qanunlara, Konstitusiya zidd çağırışlar etməsinlər. Yəni, təkliflərinə ilk növbədə özlərindən başlasınlar…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

tahir_rzayev_C00134

Arif

ELDENİZ-QARDAS

Digər millət vəkili Eldəniz Səlimov da məlum təklifi əsassız və ədalətsiz adlandırıb.

Bildirib ki, belə çağırışlara heç bir əsas və səbəb yoxdur.

“Təbii ki, fikir, söz azadlığıdır, kim nə istəsə deyə, səsləndirə bilər, o cümlədən, müxalifətçilər də. Heç kim heç kimin fikir, söz azadlığını əlindən ala bilməz, almamalıdır və almır. Azərbaycan tam demokratik dövlətdir, hər kəs hər kəsin seçiminə, fikir müxtəlifliyinə dözümlə yanaşır. Bu, bizim öz könüllü seçimimizdir, biz kimsənin diqtəsi, təzyiq və təhdidi ilə demikratiyanı, demokratik təsisatları qəbul etməmişik.

Amma demokratiyanın anarxiya, xaosla qarışdırılmasını da qəbul etməmişik və etmirik. Bu yöndə cəhdləri də heç bir zaman qəbul etməyəcəyik. Bunu da hər kəs-istər daxildəkilər, istərsə də xaricdəkilər yaxşı bilsinlər. Azərbaycanda qanunlara da, Konstitusiyaya da tam əməl olunur. Hər bir məsələ qanunlar və Konstitusiya normaları ilə tənzimlənir və bundan sonra da tənzimlənəcək, sapmalar, yayınmalar olmayacaq. Odur ki, belə bir çağırışı əsassız və gərəksiz hesab edirik. Yaxşı olardı ki, onlar qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşsınlar, əgər sosial bazaları və dayaqları varsa”-deyə, E. Səlimov sonda bildirib.

K. HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“Konstitusiyaya əməl et!” – ÇAĞIRIŞINA MÜXALİFƏT VƏ YAP NECƏ REAKSİYA VERƏCƏK?

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva fransalı nazirlə bir arada – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir