“Özlərində olanda buna normal bir hal kimi yanaşılır” – DEPUTATDAN QƏRBƏ İTTİHAM

“ABŞ-ın yeni ədliyyə naziri keçmiş prezident Barak Obamanın vaxtında təyin olunan 46 prokurorun istefaya getməsini tələb edib. Onların arasında Rza Zərraba qarşı ittiham irəli sürən və indiyədək örnək prokuror kimi təqdim edilən Prit Bharara da var”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev qeyd edib.

O, qeyd edib ki, başqa yerlərdə, özəlliklə də Avropanın şərqində və Asiyada bu cür olay baş versəydi, Qərbdəki bəlli çevrələrin necə səs-küy qaldıracağını yəqin hər kəs təxmin edir. Özlərində olanda isə buna normal bir hal kimi yanaşılır.
“Yəni, bir daha aydın görünür ki, bənzər olaylar digər dövlətlərdə baş verəndə, Qərbdəki bəlli çevrələrin səs-küylərinin arxasında prosesin özündən narahatlıq deyil də, bundan təzyiq kimi faydalanmaq niyyəti durur, vəssalam!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Cüdoçumuz “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib oldu – FOTO

Read Next

İlham Əliyev Fransaya getdi- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir