Özü Birinci Qarabağ Savaşının, ali təhsilli oğlu isə İkinci Vətən Müharibəsinin iştirakçısı olan Vüqar Bağırov…OĞLUNUN HAQQI GEC DƏ OLSA, TANINACAQMI, MÜHARİBƏ VETERANI VƏSİQƏSİ İLƏ TƏMİN EDİLƏCƏKMİ? – FOTOLAR

Bu gün, bir az öncə daha bir Vətən sevdalısı, Birinci Qarabağ Savaşının iştirakçısı, əslən Şuşalı Vüqar Bağırovla görüşdüm…

Vüqargil əslən Şuşanın (hazırda Xocalının) Kosalar kəndindən olsa da, Xankəndi şəhərində yaşayıblar.

Qarabağ hadisələri başladıqdan, Xankəndi şəhərindən azərbaycanlılar öz evlərindən, yurd-yuvalarından zorla qovulduqdan sonra Ağdama köçüb, Muradbəyli kəndində köç salıblar…

Ağdamın işğalından sonra isə Lökbatan qəsəbəsində yerləşən köhnə Uşaq Xəstəxanasında məcburi köçkün kimi yaşamağa başlayıblar və bu gün də orada yaşamaqdadırlar…

Vüqar Qarabağ hadisələri başlayan vaxt Əsgərlikdə olub, daha doğrusu, 1986-88-ci illərdə keçmiş sovet Ordusunda hərbi xidmət keçib…

Əsgərlikdən qayıtdıqdan, evinə, ailəsinə döndükdən sonra isə Qarabağ döyüşlərinin könüllülərindən, iştirakçılarından olub.

1991-92-ci illərdə “Kürd Nadir”in batalyonunda, 1993-97-ci illərdə isə Şuşa polis batalyonunda Vətənin xidmətində, keşiyində dayanıb…

Gözü ilə çox odlar görüb, çox qanlı hadisələrin, döyüşlərin şahidi, iştirakçısı olub, ölümlərdən dönüb…

Tərtər-Ağdərə-Goranboy istiqamətlərində də vuruşub…

Uzun müddət haqqı tapdansa da, axır ki, iki il öncə müharibə veteranı vəsiqəsini ala bilib…

54 yaşlı Vüqar həm də ailəli, üç övlad-iki oğul, bir qız atasıdır.

Oğlanları subay, qızı isə ailəli, iki övlad anasıdır.

Böyük övladı Yaşar ali təhsillidir, BDU-nun Beynəlxalq münasibətlər fakültəsini bitirib.

Amma öz ixtisası üzrə iş tapa bilməyib, kənar sahələrdə işləməklə həm özünü dolandırmağa, həm də ailəsinə əl tutmağa çalışıb…

Vüqarın ikinci, kiçik oğlu isə hazırda ikinci kurs tələbəsidir, Mingəçevir Dövlət Unviresitetində oxuyur.

Yaşar İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, noyabrın 2-də əvvəlcə Ağcabədiyə, sonra Hadruta göndərlib…

Daha sonra yenidən Ağcabədiyə, “N” saylı hərbi hissəyə qaytarılıb…

Və ümumilikdə bir ay 24 gündən sonra, 2020-ci ilin dekabr ayının 26-da təxris olunub…

Təxris olunduqdan, evlərinə döndükdən sonra isə səhhətində ciddi problemlər üzə çıxıb…

Və uzun müddət ağ çiyərindən müalicə alıb…

Hazırda da səhhəti tam qənaətbəxş deyil…

Ancaq çox təəssüflər olsun ki, Yaşar ötən müddətdə nə medalla, nə də ən əsası müharibə veteranı vəsiqəsi ilə təmin olunub…

Hansı ki, hər ikisi, xüsusilə, müharibə veteranı adı, vəsiqəsi onun halal Haqqıdır…

Yaşar da, atası da nə qədər çalışsalar da, hələ ki, bu məsələlərin müsbət həllinə nail ola bilmirlər…

Və istəyirlər ki, gec də olsa, Haqq yerini tapsın, Yaşar ən azı Haqqı olan müharibə veteranı vəsiqəsi ilə təmin olunsun…

Bəli, aidiyyatı qurumlar, məsul şəxslər nəhayət, biganəliyə, laqeydliyə son qoymalı, Yaşarın Haqqını tanımalı, onu müharibə veteranı vəsiqəsi ilə təmin etməlidirlər.

Və inanmaq, əmin olmaq istərdim, istərdik ki, bu, belə də olacaq, Haqq yerini tapacaq, Yaşar müharibə veteranı vəsiqəsi ilə təmin olunacaq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zəfər Qurultayı keçiriləcək-ŞUŞADA

Read Next

Cəmi 3 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir