Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Adil Asəm oğlu İbrahimlinin doğum gündür.
Adil İbrahimlinin bu gün 32 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı (İkinci Fəxri Xiyabandakı) məzarı ziyarət olunub.
Məzarı ziyarət olunmazdan öncə isə İkinci Şəhidlər Xiyabanında Şəhidin və cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlar edilib.
Çıxışlarda Şəhidin keçdiyi 28 illik qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yolundan söz açılıb, İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlığından danışılıb.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Sonra məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Sonra İkinci Şəhidlər Xiyabanındakı (İkinci Fəxri Xiyabandakı) mərasim zalında Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Şəhidin məzarını ziyarət və çay-ehsan süfrəsində ailə üzləri, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Naxçıvan Muxtar Respublikasından (NMR) olan Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
1999-2008-ci illərdə Sumqayıt şəhər14 nömrəli tam orta məktəbdə oxuyub.
2008-ci ildən isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.
2015-ci ildə Ali Hərbi Məktəbi bitirərək, Leytenant hərbi rütbəsi alıb.
Sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb.
2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) qəbul olunan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.
44 günlük Vətən Müharibəsində isə Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib.
Son tapşırığı Şuşada olub və yaralı olsa da, sonacan qəhrəmancasına vuruşub.
Noyabrın 7-də isə Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi İkinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbə adı verilib.
Adil həm də ailəli olub, Şəhidliyindən üç il öncə Nargül İbrahimli ilə ailə həyatı qurub.
Əbəlfəz və Həzra adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.
Qayını-Əfsanəvi Xüsusi Təyinatlı Elton Qəmbərli də İkinci Vətən Müharibəsi Şəhididir.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
14:40
***
14:59
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az