Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qarabağın düşmən işğalından azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda sağlamlığını qurban verən İgid, Vətən sevdalısı Oğullardan biri də Naxçıvanlı, Şərurlu Qazi Əli Əlisoydur.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri (Şəhidməmməd) kəndində dünyaya gələn Əli 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, sonra – 2013-2017-ci Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib.
Leytenant hərbi rütbəsinə layiq görülüb.
Əvvəlcə Ağstafada, sonra Tovuz və Şəmkirdə, daha sonra Beyləqan və Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə fəaliyyət göstərib.
Peşəkar hərbçi və bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsində iştirak edib, Vətənin müdafiəsinə atılıb.
Döyüşlər zamanı dörd dəfə yaralanıb, 10 dəfə əməliyyat keçirib.
Bədənindəki tikiş yerlərinin isə sayı-hesabı yoxdur.
Qazidir, müharibə əlilidir.
2023-cü ildən isə yaradıcısı olduğu Naxçıvan Qaziləri İctimai Birliyinin həmtəsisçisidir.
Hazırda hərbi müəllimdir, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alır.
Əli həm də ailəlidir.
Böyük oğlunun adın Turandır.
2023-cü ilin may ayının 10-da isə ikinci oğlu dünyaya göz açıb.


Oğluna tabor komandiri olmuş Vətən Müharubəsi Qəhrəmanı, Mayor, Lerikli İkinci Vətən Müharibəsi Şəhidi Amid Heydərovun adını qoyub.
Özü də Şəhidin atası Rəbbil kişinin razılığı və xeyir-duası ilə…
Balaca Amid Qazi övladı olmaqla yanaşı, həm də Vətən yolunda canını fəda etmiş Vətən fədaisinin-Amid Heydərovun adını daşıyır.
İgid atanın oğluna da məhz İgidin, Qəhrəmanın adı yaraşır!
Adı ilə böyüsün!
Torpağı sanı yaşasın!
Ruhu köməyi olsun!
***
Balaca Amidin kirvəsi də Qəhrəman, Şəhid ailəsindəndir.
Balaca Amidin kirvəsi Şərurlu İkinci Vətən Müharibəsi Şəhidi-itkin Şəhidimiz İbrahim Vəlizadənin atası Səməd kişi, Səməd Vəliyevdir…
Əli Əlisoy qeyd edir ki, həm övladının Şəhid Amid Heydərovun adını daşıması, həm də oğlunun kirvəsinin Şəhid atası olması ilə Fəxr edir, Qürur duyur.
“Bu, mənim, bütövlükdə ailəmiz üçün bir Fəxr, bir Qürurdur…Səməd əmi ilə də 2021-ci ildən tanışam…O vaxtdan onlara-Şəhidimizin ocağına gedib-gəlirəm…”-deyə, o, sonra qeyd edir.
Allah həm Şəhidimizin adını yaşadan, adını daşıyan balaca Amidi, həm də onun Vətən sevdalısı Qəhrəman-Qazi atası Əlini, Əli Əlisoyu qorusun!
Amin!
***

İtkin Şəhidimiz İbrahim Vəlizadənin valideynləri…






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





