“Özüm olmaq istəyirəm…” – JOAU FELİKS

“Atletiko Madrid” klubuna rəsmən təqdim olunmuş futbolçu Joau Feliks bildirib ki, “Atletiko Madrid” klubunun heyətində Kriştianu Ronaldu ilə müqayisə olunmayan yaddaqalan oyun nümayiş etdirməklə, adını onun tarixinə yazmaq istəyir.

Etikxeber.az-ın xəbərinə görə, o, təqdimat mərasimində deyib ki, Kriştianu Ronaldu çox gözəl, bəlkə də ən yaxşı oyunçudur:

joaku

“O, Madriddən, burada keçirdiyi vaxtlardan həmişə az danışıb. Amma mən bura gəlmişəm ki, məni Joau Feliks kimi yadda saxlasınlar, mən özüm olmaq istəyirəm”.

Hücumçu deyib ki, İspaniya klubuna transfer qiymətinin yüksək olması barədə söhbətlər onu narahat etmir.

Qeyd edək ki, “Atletiko” bu futbolçu üçün Portuqaliyanın “Benfiko” klubuna təqribən 126 milyon avro ödəyəcək.

Etikxeber.az

Read Previous

Qarşıya qoyulan bütün hədəflərə nail olundu – BAHAR MURADOVA YAZDI

Read Next

“Ölkəmiz əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub ki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir