“Özümüzü ərzaqla təmin etməliyik, bu, bizim-Azərbaycan xalqının gələcəyi, ölkəmizin müstəqilliyi üçün vacibdir…”-ZİYAD SƏMƏDZADƏ

Ziyad SƏMƏDZADƏ: ” Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq bu bəladan-koronavirus bəlasından qurtulmağa doğru yaxınlaşırıq”

Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, bu böyük bəlaya-koronavirus pandemiyasına qarşı sistemli mübarizə aparır. İki rəqəmi müqayisə etmək istərdim. ABŞ-ın əhalisi Azərbaycan əhalisindən 35 dəfə çoxdur, amma orada koronavirusa yoluxanları sayı bizdəkindən 500 dəfə çoxdur. Yaxud, İtaliyanın əhalisi Azərbaycan əhalisindən 6-7 dəfə çoxdur, amma orada koronavirusa yoluxanların sayı bizdəkindən 100 dəfə çoxdur. Nə üçün belə bir fərq yaranıb? Fərq ona görə yaranıb ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ilk gündən bu bəlaya qarşı mübarizəyə hamını bütövlükdə səfərbər etdi, sərəncamlar, fərmanlar imzaladı. Birinci vitse-prezident Mehriban xanım Əliyeva iki dəfə Azərbaycan xalqına müraciət etdi. Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq bu bəladan qurtulmağa doğru yaxınlaşırıq.

Amma görüləsi işlərimiz də çoxdur və onlardan biri də hamının, Azərbaycan dövlətinin səsləndirdiyi “Evdə qal, sağlam qal!” kampaniyasıdır. Bu kampaniya insanların, xalqın sağlamlığının qorunması üçün aparılan kampaniyadır. Bu, bizim ətrafımızda olan uşaqlarımızın, övladlarımızın, nəvələrimizin, bütün insanlarımızın qorunması üçün çox vacibdir. Mən də bu kampaniyanı çox məhsuldar keçirirəm, gecə-gündüz işləyirəm ki, boş vaxtım qalmasın. Mən onsuz da boş-bekar dayanan insan deyiləm, Evin içində gəzirəm, hər gün gün on min addım gəzirəm, həm də yazıram-pozuram, dostlarımla danışıram və sair.

Etikxeber.az xəbər verir ki, bunu bu gün millət vəkili, akademik Ziyad Səmədzadə İTV-yə canlı bağlantısı zamanı deyib.

Z. Səmədzadə postpandemiya dövrünə də toxunub və Azərbaycanla bağlı nikbin olduğunu deyib.

“Ölkəmizlə bağlı müsbət proqnoz vermək, nikbin danışmaq üçün əsaslarımız var. Eyni zamanda, digər məqamlar da var. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycan 180-dan çox ölkə ilə iqtisadi əməkdaşlıq edir. Bu əməkdaşlığın səviyyəsi müxtəlif olsa da, bu, balaca rəqəm deyil. Hesab edirəm ki, bu ölkələrdə iqtisadi artım xeyli aşağı düşəcək. Əgər Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatlarına baxsaq görərik ki, orada dünyada ticarətin 30-35 faiz azlacağı və bunun hamıya təsir edəcəyi qeyd olunur. Amma bizim gücümüz, birliyimiz bu təsirlərin minimuma endirilməsi üçün əsas yaradır. Cənab Prezident fərmanlar, sərəncamlar imzalayıb və bu sənədlərə əsasən Azərbaycan iqtisadiyyatının zəif tərəflərini aradan qaldırmaq, iqisadi inkişafın azalmasının qarşısı almaq nəzərdə tutulur. Nazirlər Kabinetində Baş nazirin iştirakı və rəhbərliyi ilə Operativ Qərargah yaradılıb…

Mən həmişə nikbin insanam, eyni zamanda elə məsələlər var ki, onlar bizdən asılı deyil. Neftin qiyməti aşağı düşüb, gəlirlər azalıb, ancaq Azərbaycanın son 20 ildə yaratdığı iqtisadi potensial bu bəladan az itkilərlə çıxmağa bizə çox güclü mənbə yaradır. Qısa zaman kəsiyində İtisadiyyat, Əmək və Əhalinin Sosila Müdafiəsi nazirlikləri işsizliyə, iş yerlərini itirmək məcburiyyətində qalanlara görə, nə qədər vəsait ayırıb. 3 milyard manat az, balaca rəqəm deyil. İlin-günün bu vaxtında, dünyanın böhran yaşadığı bir dövrdə bu tədbirlər üçün dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılıb. Bu, bizim dövlət büdcəsinin 10 faizi deməkdir. Amma eyni zamanda, Azərbaycan dövləti dəyə biləcək ziyanları, təsirləri minimuma endirmək müəyyən tədbirləri də görməlidir. Biz özümüzü ərzaqla təmin etməliyik, bu, bizim-Azərbaycan xalqının gələcəyi, ölkəmizin müstəqilliyi üçündür. Bəli, böhranın müəyyən təsirləri olacaq, amma dövlət basçısının tapşırığı ilə görülən işlər proqnozlarımızın nikbin olmasına əminlik yaradır.

Valyuta ehtiyatlarımız var, dünyanın heç bir ölkəsindən asılı deyilik, müstəqil siyasət yeridirik. Bizim opponentlərimiz həmişə ABŞ-ı, Avropa ölkələrini nümunə göstərirdilər ki, bunlar demokratiyanın ən uca zirvələri, nöqtələrdir və ya Avropa dəyərləri ən yüksək dəyərlərdir və sair. Budurmu Avropa dəyərləri ki, qısa zaman kəsiyində onlar bir-birini tanımaqdan uzaqlaşdılar, çətin anda bir-birindən uzaqda oldular… Ancaq iki gün bundan öncə ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət rəhbərlərinin videokonfrans vasitəsilə Zirvə görüşü baş tutdu. Hər birimiz qürur duymalıyıq ki, Azərbaycan dünyada yaşanan bu bəlaya qarşı mübarizə üçün Türk dövlətlərini bir araya gətirdi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜTT) rəhbəri Azərbaycan haqqında xoş sözlər dedi.Yəni, Azərbaycan dövlətinin gördüyü işlər o qədər böyükdür, o qədər miqyaslıdır, o qədər əhatəlidir ki, bunu hər kəs dərk etməlidir. Amma bəzən görürsən ki, bəziləri deyilənlərə qulaq asmırlar, özbaşınalıq, məsuliyyətsizlik edirlər. Bunlar olmamalıdır…”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

12:24, 12 aprel

Etikxeber.az

Read Previous

Millət vəkili “xuliqanlıq”la bağlı maddənin-CİNAYƏT MƏCƏLLƏSİNDƏN ÇIXARILMASINI TƏKLİF ETDİ…

Read Next

“Dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib ki…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir