“Özümüzü təbii risqlərdən qorumalıyıq…” – ZİYAD SƏMƏDZADƏ

Ziyad Səmədzadə: Sığorta bazarında ciddi problemlər var

Ölkənin sığorta bazarında, sığorta sistemində müəyyən işlər getsə də, müəyyən addımlar atılsa da, ciddi problemlər var. Ümumi Daxili Məhsulda (ÜDM) sığortanın çəkisi o qədər də çox deyil.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə adıçəkilən komitənin aprelin 26-da keçirilən iclasında deyib.

O, xatırladıb ki, bir müddət öncə ölkə prezidenti İlham Əliyev də bununla bağlı öz iradlarını bildirib və müvafiq göstərişlərini verib.

1488451229_ziyad-s-str-7-8

“Biz özümüzü təbii risqlərdən qorumalıyıq. Risqlərin müəyyən hissəsi də özəl sektorun üzərinə düşür və düşməlidir. Onlar da bu məsələdə rol almalıdırlar. Həmçinin, aqrar sığorta ilə bağlı qanun layihəsi yeni və çox mühüm hadisədir. Çünki neçə illərdir ki, aqrar sığorta barədə danışılır, deyilir. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən indi belə bir sənədin hazırlanması çox mühüm hadisədir. Əminəm ki, belə bir sənədin qəbulu, eyni zamanda, adıçəkilən nazirlikdə aparılan kadr və struktur dəyişiklikləri nəticəsində bu məsələdə xeyli müsbət meyllər özünü göstərəcək”-deyə, Z. Səmədzadə deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir…” – ƏLİYEVLƏ PUTİN PEKİNDƏ BİR ARAYA GƏLDİ – FOTO – YENİLƏNİB

Read Next

Fəzail Ağamalı qaza və işığa qoyulan limitin ləğvindən yazdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir