Özünü jurnalist kimi təqdim edən və vətəndaşa hədə-qorxu gələn daha iki şəxs-SAXLANILDI…

Yevlaxda özünü jurnalist kimi təqdim edərək vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır…”-ƏLİYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Read Next

“Danışıqlar nə qədər tez başlasa, Rusiyanın itkiləri bir o qədər az olacaq”-ZELENSKİDƏN RUSİYAYA ÇAĞIRIŞ, QƏRBƏ TƏPKİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir