Özünü polis kimi təqdim edərək vətəndaşdan pul tələb edən şəxs saxlanıldı-LƏNKƏRANDA

Özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən şəxs saxlanılıb.

Etikxeber.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib.

Belə ki, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib.

Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa, polisə müraciət etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

13 ilin peşəkar hərbçisi, iki övladı Vətənə əmanət qalan-3 MEDALLI VÜSAL NAĞIYEVİN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇİR…

Read Next

Yağış və qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir