Özünü qazi kimi təqdim edən dilənçi-SAXLANILDI

Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

O, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində araşdırmalar davam edir.

Etikxeber.az

Read Previous

Ermənistan ordusu növbəti dəfə Kəlbəcəri atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Sahibə Qafarova ilə regionda baş verənləri müzakirə etdik…”-MUSTAFA ŞENTOP

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir