Pənahov ATƏT rəsmisinə belə dedi: “Demokratik mühit seçkilərin də şəffaf keçirilməsinə geniş imkanlar yaradır”

 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.
Bu barədə Etikxeber.az-a MSK mətbuat xidmətindən məlumat verilib.
Qonağı salamlayan MSK sədri görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.
Səmimi qəbul üçün M. Pənahova təşəkkürünü bildirən ATƏT/DTİHB-nin direktoru MSK  ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib və qeyd edib ki, bu cür görüşlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.
 
M. Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühit seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaradır”.
 
Görüş çərçivəsində M. Link  M.Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə şəxsən dəvət etməkdən məmnunluğunu bildirib.
 
Görüşdə həmçinin, qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Etikxeber.az
 
 

Read Previous

“Volkswagen” şirkəti 25 minə yaxın işçi ilə əmək müqaviləsinə xitam verəcək

Read Next

Çavuşoğlu: “Çətin anlarda hər bir ölkə dostlarını yanında görmək istəyir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir