Pənah Hüseyn Leyla Yunus və Rəhim Qazıyev haqda nə dedi?

Leyla Yunus Sevinc Osmanqızının efirində Elçibəyin arxasınca danışıb. Qadınla hətta söz savaşına çıxmaq, onlara münasibətdə kobud söz işlətmək mənim adətimdə yoxdu və heç xoşlamıram. Şəxsən özüm haqqında Leyla Yunusun nə dediyi maraqlı deyil.

Etikxeber.az xəbər verir ki, bunu sabiq baş nazir və eks deputat, AXP sədri Pənah Hüseyn deyib.

“Lakin söhbət Elçibəydən getdiyinə görə həqiqətən ağılsız köpəklər (və ya onun dişi variantı) ulduza hürəri xatırlatmaya bilmərəm. Leyla Yunus qoy zindandan şanlı məktublarının xəcalətini çəksin!” -deyə, P. Hüseyn sonra bildirib.

P. Hüseyn eyni zamanda, sabiq müdafiə naziri Rəhim Qazıyev haqqında fikirlər səsləndirib:

“Rəhim Qazıyev Rakursda 92- ci ilin “sirlərini açıb”. Sən demə İsa Qəmbər və Pənah Hüseyn Elçibəyin AXC sədri olması əleyhinə olublar! Elçibəyin seçkisi (prezident seçkisi) saxtalaşdırılıb və s. və ia. Əvəz Zeynallı 16 iyulda mənə təklif etmişdi ki, Rəhim Qazıyevlə AXC- nin 30 illiyiilə bağlı debata çıxım. Mən razılaşmışdım. Sonra dedi ki, R. Qazıyev gəlməkdən imtina edib…”.

Etikxeber.az

 

Read Previous

“Səbirsizliklə təmiz və maraqlı qarşılaşmaların keçirilməsini gözləyirik” – NAZİR

Read Next

Dənizdə batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edildi – FHN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir