Pənah Hüseyn seçkilərə qatılmayacaq…

Sabiq baş nazir və eks-dövlət katibi, keçmiş deputat  (3-cü çağırış Milli Məclisin üzü ) Pənah Hüseyn növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə P. Hüseyn özü məlumat verib.

“Partiyamızın Mərkəzi Şurasındakı  müzakirələrdən sonra namizəd olmaq istəyənlər də fikirlərini dəyişib”-deyə, o, sözlərinə əlavə edib.

Bununla belə, xatırladaq ki, P. Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası Mərkəzi Şuranın qərarında Milli Məclisə 9 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar seçkilərdə namizəd olmaq istəyən üzvlərin fərdi qaydada – namizədlərin öz təşəbbüsləri və ya seçici təşəbbüs qrupları tərəfindən namizəd irəli sürülməsi formasında qatılmağı məqsədəuyğun hesab edilib.

Etikxeber.az

Read Previous

Vuçiç yenidən prezident olacaqmı?

Read Next

Deputat polkovnikin – MÜDAFİƏSİNƏ QALXDI VƏ…- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir