“Pərvanələr, şam işığı, yuxusuz gecələr…mənə yad idi” – YAP-ÇI DEPUTAT

Mən Əli Kərimin “İki sevgi” şeirini çox sevirdim. Bu şeiri deyəndə hər kəs elə bilirdi ki, eşqdən dəli-divanə olmuşam. 
Etikxeber.az xəbər verir ki, bunu YAP-çı millət vəkili, professor Elman Nəsirov “Kaspi”-yə müsahibəsində deyib.
Millət vəkili deyir ki, böyük şairlərin təsvir etdiyi sevgi anlayışı ona yad olub.
“Əsərlərdə, şeirlərdə təsvir edilən böyük sevgi yaşadığımı desəm, yalan olar. Pərvanələr, şam işığı, yuxusuz gecələr kimi epitetlər mənə yad idi. Mən Əli Kərimin “İki sevgi” şeirini çox sevirdim. Bu şeiri deyəndə hər kəs elə bilirdi ki, eşqdən dəli-divanə olmuşam. Əslində şeirin özünü çox sevirdim.
NESIROV ELMAN
Təhsil məsələləri vaxtımı çox aldı, artıq 38 yaşımda professor adı almışdım. İnsan eyni vaxtda həm sevgidə, həm karyerada uğur qazana bilmir. Buna görə də bir qədər gec ailə qurdum. Üç övladım – iki qızım, bir oğlum var. Kiçik qızım göz həkimi olmaq istəyir. Böyük qızım isə ADA-da oxumağı arzulayır. Onların təhsili, tərbiyəsində xüsusi istiqamət seçməmişəm. Çünki məncə, kitab ən yaxşı tərbiyə üsuludur. İstəyirəm ki, öz istədikləri sahədə uğur qazansınlar”-deyə, millət vəkili əlavə edib.
Etikxeber.az

Read Previous

II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı işə başlayır – ZAQATALADA

Read Next

MM üzvlərinin sayı 118-ə düşə bilər – HAKİM PARTİYADAN ÖZ DEPUTATLARINA XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir