PA-nın yeni şöbə müdirləri – SƏRƏNCAM(LAR)

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Etikxeber.az xəbər verir ki, sərəncama əsasən, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Eyni zamanda, Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bununla bağlı İ. Əliyev müvafiq sərəncam imzalayıb.

farah

Dövlət başçısının digər sərəncamı ilə F.Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynovun qızıdır.

Etikxeber.az

Read Previous

Azərbaycanda müasir turizm sənayesi yaradılacaq – PREZİDENT – FOTO – YENİLƏNİB

Read Next

“Sən də yoruldun, bizi də yordun…” – AKŞƏNƏRDƏN ƏRDOĞANA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir