PA rəsmisi Qərbi sərt ifadələrlə ittiham etdi: “Hər kəs bilir ki…” – YENİLƏNİB

“Dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur. Bu çox təəssüfedicidir. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri dağıdılıb. Bütün müsəlman şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri havadan atılan bombalarla yerlə yeksan edilib”.

Etikxeber.az-ın məlumatına görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, “terrorçu” vurmaq adı ilə qədim şəhərlər və mədəniyyət abidələri dağıdılır.

“Çox təəssüf ki, bu gün bizim “sivil Qərb” adlandırdığımız məkanda mədəniyyət abidələrinə bu cür münasibət hökm sürür. Onların tolerantlığı da, multikulturalizmi də bu vəziyyətdədir. Cənab prezident də dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də, Qərbdəki multikulturalizmə də baxın. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, etnik din mənsublarına özümüz qədər hörmət bəsləyirik, sevgi ilə yanaşırıq. Qərbin ən yaxşı cəhəti o oldu ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdi, indi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantları, qaçqınları hansı vəziyyətə salır, onlara hansı münasibəti göstərir, gecə ilə əllərində it və silahlarla həmin insanları didərgin salırlar, sərhədlərdə güllələyirlər. Sonra da Qərb sivilizasiyasının tolerantlığından danışırlar. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq” – deyə, o, qeyd edib.

Etikxeber.az

Read Previous

Həsənov geniş kollegiya iclası keçirdi – FOTO

Read Next

Ərdoğan: “Səfirin qatili FETÖ-nün üzvü olub…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir