Pakistanda dəhşətli zəlzələ – ÖLƏNLƏRİN SAYI 38-Ə ÇATDI, 646 NƏFƏR XƏSARƏT ALDI

Pakistanın şərqində, ölkənin Hindistanla sərhədində baş vermiş 5.8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, 640-dan çox insan isə xəsarət alıb.

Etikxeber.az  “TASS”-a istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarənin mətbuat xidməti məlumat yayıb.

“Pakistanın zəlzələdən ziyan görən iki əyalətində ümumilikdə 38 nəfər ölüb və 646 nəfər xəsarət alıb. Təxminən 454 yaşayış binası qismən və ya tamamilə dağıdılıb. Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü qismən dağıdılıb. Fövqəladə vəziyyətdən sonra episentrdə yerləşən bir sıra yaşayış məntəqələri elektriksiz qalıb, lakin indiyədək elektrik təchizatı, demək olar ki, tamamilə bərpa olunub” – deyə, qurumdan bildirilib.

Etikxeber.az

Read Previous

Ünvanlı sosial yardım, “ehtiyac zənbili”, təhsil kreditləri, qızların ödənişsiz təhsili… – DEPUTAT PAYIZ SESSİYASINDA BU TƏKLİFLƏRLƏ ÇIXIŞ EDƏCƏK

Read Next

“Azərbaycanın Fars körfəzinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir