Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mən pambıq rayonunda böyümüşəm.
Yadımdadı, vertolyotla başımızın üstündən dərmanı səpib gedirdilər, həyətimiz sahələrə yaxın idi, bəzən həyətimizə belə tökülürdü o dərman.
Böyüklər deyirdi, “sovka”nı məhv edir, nəsə pambıq zərərvericisidi.
Amma zəhərlənən-filan olmurdu.

Və üstəlik, Azərbaycanda artıq 4-5 ildiki pambıq əkini artıb, amma pambıq əkilməsi heç vaxt dayandırılmayıb.
Pambıq da varsa, ona mütləq dərman vurulur, bəs necə olur ki, neçə illərdi bu barədə bir xəbər də olmadı, yazmadıq?
Ucqar bir rayonun ən ucqar kəndində biri pomidor turşusundan zəhərlənəndə də xəbərimiz olur, yazırıq.
Necə oldu ki, bu illər ərzində bir nəfər belə olsun zəhərlənmədi, amma bu il kütləvi zəhərlənmələr baş verir?
Pambıq həmin pambıq, dərman həmin dərman, adam həmin adam.
Bağışlayın, amma sual adamın beynini dağıdır e…
Vüsalə MAHİRQIZI,
“APA-Holding”in rəhbəri
Etikxeber.az





