Pandemiya dövründə nə qədər insan işlə təmin olunub?-MUSA QULİYEV AÇIQLADI

Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Amma onu da qeyd edim ki, 387 min insan isə işə qəbul olunub.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, işdən çıxanların bir hissəsi ola bilsin daha yaxşı işə gedib.

“Heç kəs onların məcburi yolla ərizə yazdırılaraq işdən çıxarıldığını deyə bilməz. Belə hal olubsa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var, qurumlar var. Onlar öz hüquqlarından istifadə edə bilər”-deyən komitə sədrinin qeyd etdiyinə görə, pandemiya dövründə 8800-dən çox iş yeri, 15 mindən çox iaşə yeri bağlanıb.

“Hansı ki, iaşə yerləri də turizmlə bağlıdır. Amma daxili turizm hesabına yeni iş yerləri də açılıb. Son 3 ildə əmək müqavilələrinin bağlanması halları 30% yüksəlib. Bu da əməkhaqqı fondunun artmasına səbəb olur”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Helikopterin qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib”-BAŞ PROKURORLUQ YENİ MƏLUMAT YAYDI

Read Next

“Şirməmməd Hüseynov mükafatı”nın qalibi-ARZU ƏLİYEVA VƏ BAKI MEDİA MƏRKƏZİ OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir