Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin plenar iclasında daha iki vacib məsələ qaldırdım.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O, sonra qeyd edib:
“1. Adına kiçik torpaq sahəsi olan şəxslər koronavirus pandemiyası ilə əlaqədar dövlətin ayırdığı işsizliyə görə verilən 190 manat birdəfəlik mavinət ala bilmirlər. Adına torpaq sahəsi olanların heç də hamısı həmin torpaqlardan istiafadə edə bilmirlər.
Təklif etdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı ayrıca məşğul olsun. Həmin insanların torpaqdan istifadə edib-etmədiyi araşdırılsın. Əgər onlar torpaq sahəsindən istifadə edə bilmirlərsə, həmin vətəndaşlara da yardım ayrılsın. Azərbaycan Prezidenti yardım alacaq şəxslərin sayını 200 mindən 600 minədək qaldırılması barədə tapşırıq verib və həmin kateqoriya insanlar da həmim siyahıya salına bilərlər.
2. Təklif etdim ki, koronavirus pandemiyası ilə əlaqədər cəzasının bitməsinə 1 il, 1 il yarım qalmış məhkumların cəzasının qalan hissəsi ya tam bağışlansın və ya o azadlığa buraxılaraq nəzarət qolbağı vasitəsi ilə polis nəzarətinə verilsin”.

Etikxeber.az





