Para-taekvondo üzrə milli komanda Avropa çempionatında 9 medal qazanıb

Polşanın paytaxtı Varşavada para-taekvondo üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Taekvondo Federasiyasından  Etikxeber.az-a bildiriblər ki, yarışda iştirak edən para-taekvondo üzrə milli komandamız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Komandamızın heyətində Aleksandr Polişukla (75 kiloqramdan yuxarı) Nicat Müslümov (75 kq) çempion olublar. Finalda məğlub olan Şəhmir İbadov (61 kq), Röyalə Fətəliyeva (58 kq) və Xəzər Mirzəyev (75 kq) gümüş medalla mükafatlandırılıblar.

Millimizin digər üzvlərindən Əbülfəz Abuzərli (75 kq), Aynur Məmmədova (58 kiloqramdan yuxarı), Anar Hüseynov (61 kq) və Namiq Abbasov (61 kq) üçüncü yerlə kifayətləniblər.

Doqquz medal qazanan yığmamız yarışı ümumi komanda hesabında üçüncü, kişilər arasında ikinci yerdə başa vurub.

Çempion olmuş Nicat Müslümov isə yarışın ən dəyərli kişi taekvondoçusu kimi xüsusi mükafata layiq görülüb.

Avropa çempionatında milli komandamızı 11 idmançı təmsil edib.

Etikxeber.az

Read Previous

“Mitinqdə 800 adam iştirak edib”- Bakı Şəhər Baş Polis İdarəsi

Read Next

Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir