Paracüdoçularımızdan Elçin Talıbov və Ramil Qasımov da “qızıl” oldu – FOTO

Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə yığmamızın aktivinə ikinci qızıl medalı Ramil Qasımov yazdırıb.

Etikxeber.az xəbər verir ki, yarışda 73 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində döşək üzərinə çıxan dünya çempionumuz finalda özbəkistanlı Feruz Sayidovu ipponla məğlub edərək “Bakı-2017”nin qalibi olub.

Ramil Qasımov 2014-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən böyük uğuru “Rio-2016” XV Yay Paralimpiya Oyunlarının çempionluğudur.

***

Paracüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını idmançımız Elçin Talıbov qazanıb.

Yarışda 66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda ölkəmizin digər təmsilçisi Bayram Mustafayev üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elçin Talıbov Budapeştdə keçirilən cüdo üzrə Avropa çempionatında milli paralimpiya komandasının heyətində bürünc medal qazanıb.

Etikxeber.az

Read Previous

“BİZƏ NƏVƏLƏRİNİZLƏ GƏLİN, yaxud, İKİ İSA HƏBİBBƏYLİ…” – DEPUTAT YAZIR – FOTO

Read Next

Daha 4 idmançımız medal qazandı: 1 qızıl, 3 bürünc

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir