Paralimpiya Oyunlarında Azərbaycan medal sayında 19-cu yerə yüksəldi

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

Etikxeber.az xəbər verir ki, yarışın ikinci günündə daha 49 dəst medal sahibini tapıb. Bu medallardan bir dəsti isə Azərbaycan millisinin aktivinə yazılıb. Yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m) ikinci, Rövşən Səfərov (cüdo, 81 kq) üçüncü yeri tutublar. Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı dördə çatıb və ölkəmiz komanda hesabında 19-cu yerə yüksəlib.

Medal qazanan ölkələrin siyahısına Çin başçılıq edir. Çinlilərin aktivində 49 medal var. Onlardan 20-si qızıl, 17-si gümüş, 12-si isə bürüncdür. İkinci pillədə 27 medalı (12-6-9) olan Böyük Britaniya qərarlaşıb. Ukrayna 26 medal (7-6-13) ilk üçlükdə mövqeyini qoruyub.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçumuz Bayram Mustafayev (66 kq) gümüş medal qazanmışdı.

Etikxeber.az

Read Previous

Belə düşündünüzmü heç?.. Qənirə Paşayevadan növbəti yazı

Read Next

Komitə sədri xəbərdarlıq etdi: “Dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir