“Paris Sen-Jermen” Paredesi transfer etdi

Fransanın “Paris Sen-Jermen” futbol klubu argentinalı yarımmüdafiəçi Leandro Paredesin transferini başa çatdırıb.

Etikxeber.az  klubun saytına istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Rusiyanın “Zenit” komandasından transfer edilib.

Qətərdə müayinədən keçən L.Paredes Paris klubu ilə 2023-cü ilin yayınadək qüvvədə olan müqavilə imzalayıb.

Yarımmüdafiəçi yeni komandasında 8 nömrəli formada meydana çıxacaq.

Argentinanın “Boka Xuniors” klubunda debüt edən futbolçu sonradan İtaliyanın “Kievo”, “Roma” və “Empoli” klublarının formasını geyinib. O, cari mövsümdə “Zenit”in heyətində 22 oyunda 4 dəfə fərqlənib.

Futbolçu Argentina millisinin heyətində 9 oyunda 1 qol vurub.

Etikxeber.az

Read Previous

“Bu, bütün xalqımızı ürəkdən sevindirdi, qürurlandırdı…” – MİLLƏT VƏKİLİ – RƏY(LƏR)

Read Next

“Bunun bir daha şahidi olduq ki…” – PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir