Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Park Cinema Park Bulvar” kinoteatrında “Çimıldık” özbək kinokomediyasının qala-gecəsi keçirilib.
Etikxeber.az xəbər verir ki, filmin quruluşçu rejissoru Şuxrat Salomovdur.
Baş rolları Dadaxon Obidov, Sıtora Alımconova və başqaları oynayır.
Özbəkistandan ilk dəfə Azərbaycana gələn aktyorlar həm filmlərini təqdim ediblər, həm də fanatları ilə görüşüb, eləcə də media nümayəndələrinin suallarını cavablandırıblar.
Daha sonra isə tanınmış aktyor-müğənni Dadaxon Obidovun və digər müğənnilərin möhtəşəm konserti baş tutub.
Tədbirdə tamaşaçılarla canlı müsabiqə də keçirilib, qaliblərə hədiyyələr verilib.
Əsas sürprizi isə “Park Cinema”nın PR meneceri Anar Eyvazov açıqlayıb.
O, yeni super-müsabiqənin başlamasını elan edib.
Müsabiqəyə istənilən şəxs qatıla və Özbəkistana ikinəfərlik səyahət bileti qazanmaq şansı əldə edə bilər.
Ətraflı məlumat: https://www.instagram.com/p/DIRdd1ftej2/?igsh=Y3EycG1ranc3ajR2




Etikxeber.az