“Park Qusar” istirahət mərkəzində yanğın oldu-4 NƏFƏR ÖLDÜ – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Etikxeber.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

***

Qusarda istirahət mərkəzində yanğın nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.

Yanğın nəticəsində Zülfiyyə Babayevə, Emin Babayev, Rauf Babayev Dadaşov Rüstəm Ənvər oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etikxeber.az

Read Previous

Narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanıldı-KÜRDƏMİRDƏ – FOTO

Read Next

Əməkdar artist Tünzalə Əliyeva-DÜNYASINI DƏYİŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir