“Parlament adından ABŞ Konqresinə və Senata müraciət olunsun”-QÜDRƏT HƏSƏNQULİYEV

ABŞ-ın Azərbaycana qarşı 902-ci düzəlişi qəbul etdiyi vaxt Azərbaycan bir neçə kəndi işğaldan azad etmişdi. İndi də ABŞ konqresmenləri tərəfindən eyni addım atılır. 1165 saylı qətnamə də buna görə gündəmə gəlib.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, parlament adından ABŞ Konqresinə, Senatına müraciət olunsun.

“Erməni tərəfi bu gün bizi təxribata cəlb etməyə çalışır. Bununla da KTMT-nin də bu münaqişəyə qoşulmasına şərait yaratmaq istəyir. Biz parlament adından da KTMT-yə üzv olan ölkələrə də müraciət etməliyik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Madagiz kəndi Suqovuşan adlandırılacaq-MM BU YÖNDƏ QANUN LAYİHƏSİNİ QƏBUL ETDİ

Read Next

“Əcnəbilərə də transplantasiya həyata keçirə biləcəyik…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir