Parlament seçkiləri-SƏSVERMƏ BAŞLANDI

Bu gün Azərbaycanda növbədənkənar-6-cı çağırış parlament seçkiləridir.

Etikxeber.az-ın xəbərinə görə, artıq ölkədə səsvermə prosesinə start verilib.

Saat 08:00-dan başlayan proses axşam saat 19:00-da yekunlaşacaq.

Qeyd edək ki, parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsi əhatə edəcək.

Parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb.

Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, Mərkəzi Seçki Komissiyası (MSK) iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Milli Məclisdə (MM) 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparacaq.

Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək.

Seçki üçün 5 387 600 bülleten çap edilib.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qeyd edək ki, səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar adıçəkilən qurumun gördüyü işlər barədə məlumat verib.

Etikxeber.az

Read Previous

Rəsmilər, siyasilər hansı seçki məntəqəsində səs verəcək?

Read Next

“Bu gün məntəqələrin əsas sahibi seçicilərdir…”-MSK SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir