Parlament Xəzərlə bağlı sənədləri ratifikasiya etdi

Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında” və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub.

Etikxeber.az xəbər verir ki, layihələrlə bağlı MM sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Qeyd olunub ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

Müzakirələr açılmadan  qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər – BAHAR MURADOVA

Read Next

Maliyyə bazarlarında yoxlamalar yeni qanunla tənzimlənəcək- KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir