Parlamentdə “43-lər”-in məsələsi yenidən gündəmə gətirildi…

Tahir Kərimli: Heydər Əliyev də həyatını risqə qoyaraq, referendumun əleyhinə səs verdi

Millət vəkili Tahir Kərimli parlamentdə 1991-ci ilin mart referendumunun əleyhinə səs verən 43 İstiqlalçı deputatın məsələsini qaldırıb.

Etikxeber.az-ın xəbərinə görə, o, çıxışında deyib ki, bununla bağlı sağ qalan İstiqlalçı deputatlardan, o cümlədən, Cümşüd Nuriyevdən ona müraciətlər daxil olmaqdadır:

tahir-karimli

“Həmin müraciətlərin mahiyyətində də o dayanır ki, SSRİ-nin qorunub, saxlanılması əleyhinə səs verən 43 deputata – hansı ki, onların çox artıq həyatda yoxdur – dövlət, parlament tərəfindən müəyyən imtiyazlar verilsin. Çünki buna onların həm haqqı, həm də ehtiyacı var. Qeyd edim ki, həmin İstiqlalçı deputatlardan biri də mərhuim prezidenmtimiz, böyük dövlət adanmı Heydər Əliyevdir. Heydər Əliyev də o zaman həyatını risqə qoyaraq, referendumun əleyhinə səs verdi. Bu, elə-belə məsələ deyildi. Hamımızın həyatı böyük təhlükə altında idi. Amma “43-lər” dövlətimizi, xalqımızı, istiqlalımızı hər şeydən üstün tutdfulatr və referendumun əleyhinə çıxdılar. Ona görə hesab edirəm ki, bu məsələyə parlament səviyyəsində baxılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Oqtay Əsədovdan deputatlara kofe-çay XƏBƏRDARLIĞI

Read Next

Parlamentdə “erotika” söhbəti…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir