Azərbaycan dünyanın ən az yoxsulu olan 29 dövlətindən biridir – ELDAR İBRAHİMOV – YENİLƏNİB – (2)

Parlamentdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfrans  öz işinə başlayır.

Etikxeber.az-ın xəbərinə görə, tədbirin təşkilatçıları MM, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və İqtisadiyyat Nazirliyidir.

Tədbirdə millət vəkilləri ilə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumların rəsmi şəxsləri iştirak edəcəklər.

***

Komitə sədri: Azərbaycan dünyanın ən az yoxsulu olan 29 dövlətindən biridir

eldar-2

Konfransı açan MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada  yeni çağırışlar doğurur.

Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.

Komitə sədri deyb ki, ötənm müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə  Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub:

“Əgər DİM-lə bağlı dünyada yoxsulluğun aşağı endirilmə həddi 15 faiz nəzərdə tutulmuşdusa, Azərbaycanda artıq 2015-ci ildə yoxsuluğun göstəricisi 5 faizdən aşağı düşmüşdü. Yəni, 49 faizdən 5 faizə düşməklə, Azərbaycanda dünyada  yoxsulluq göstəricisi ən az olan 29 dövlətdən birinə çevrilib. Bu, çox böyük göstəricidir”.

***

BMT-nin rezident əlaqələndiricisi: Dünyada aclıqdan , yoxsulluqdan əziyyət çəkən xeyli insan var

qulammm

“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlər rəhbəri tərəfindən Azərbaycanın  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb”.

Bunu isə beynəlxalq konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzai deyib.

Qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatılmasında çox böyük töhfə ola bilər: “Eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür. Artıq bu istiqamətdə də bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatılmasında hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb”.

***

Nazir müavini ölkədə probleminin olmadığını dedi

hasanova sevinc

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, bu  gün Azərbaycanda heç bir aclıq problemi yoxdur.

O, qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə iki Dövlət Proqramı təsdiq olunub.

Nazir müavini xatırladıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5-dən aşağıya endirilib.Həsənovanın sözlərinə görə, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqmətində böyük işlər görülür və yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclisin payız sessiyasının vaxtı və gündəliyi açıqlandı…

Read Next

“İkili oyunlar” gedir, bəzi dövlətlər proteksionist siyasət yeridir – ZİYAD SƏMƏDZADƏDƏN XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir