Parlamentdə vəzifədə olanlar ali təhsil müəssisəsində inzibati vəzifə-TUTA BİLMƏYƏCƏKLƏR?

İcra, qanunverici və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən və ya vəzifə tutan şəxslər eyni zamanda ali təhsil müəssisəsində inzibati vəzifə tuta bilməyəcəklər.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisəsində bir şəxs iki inzibati vəzifə tuta bilməyəcək.

Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti icra edilməsi halları istisna ediləcək.

Etikxeber.az

Read Previous

Evin tək oğlu, 18 yaşında Şəhid olan, nəşi 32 gündən sonra dəfn edilən-MİQDAD ABDULƏLİMOVUN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 2132 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir