Parlamentdə problemli kreditlərlə bağlı fərmandan danışıldı…

Milli Məclisin (MM) martın 5-də keçirilən plenar iclasında Ombudsman Elmira Süleymanovanın növbəti illik hesabatının müzakirəsi başlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, Ombudsman çıxışında ölkə prezidentinin fevralın 28-də imzaladığı problemli kreditlərlə bağlı Fərmanına toxunub.

Ombudsman bu məsələnin uzun illər cəmiyyətin ciddi problemlərindən birinə çevrildiyini xatırladaraq, dövlət başçısının fevralın 25-də keçirdiyi müşavirədə bu məsələyə toxunduğunu, probleminin həllinin anonsunu verdiyini söyləyib.

meclis-5

Qeyd edib, həmin müşavirədən  cəmi bir neçə gün sonra isə problemli kreditlərlə bağlı tarixi fərmanı imzalanıb.

Ombudsman hesab edir ki, bu fərman həm də insanların sosial-iqtisadi güzərlarının yaxşılaşdırılması istiqamətində atılan və böyük humanist addımdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Novruz Məmmədovun ilk hesabatı – MARTIN 15-DƏ

Read Next

Qəbələnin 2500 illiyi qeyd olunsun – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir