“Parlamentimiz müdrik parlamentdir” – RAFİQ MƏMMƏDHƏSƏNOV

Rafiq MƏMMƏDHƏSƏNOV: Əgər deputat yaxşı işləyir, əqli imkanları yerindədirsə, niyə işləməsin, niyə yenidən deputat olmasın?!

Etikxeber.az-ın müxbirinin suallarını professor, millət vəkili Rafiq Məmmədhəsənov cavablandırır:

-Rafiq müəllim, deputatlara yaş senzi və seçilmək məhdudiyyəti tətbiq edilməlidirmi?

-Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Deputat var ki, 50 yaşındadır, amma ruhən qocadır. Deputat var ki, 80 yaşındadır, beyni aktiv işləyir,  zehni fəaliyyəti normaldır, fiziki gücü yaxşıdır, əqli imkanları çox genişdir, təcrübəlidir, müdrikdir.

Vaxtı ilə Yunanıstanda deputatları 70 yaşından sonra seçirdilər. Dünyanın bir çox ölkələrində də deputatlar əsasən yaşlı insanlardır. Əgər deputatın əqli yaxşı işləyirsə, əqli imkanları yerindədirsə, niyə işləməsin, niyə yenidən deputat olmasın?! Bu məsələdə də qərar verən seçicidir. Seçici kimi istəyir, onu da seçir.

-Deyirlər ki, onların (deputatların) 60-70 yaşından sonra nəvə-nəticə oynadan vaxtlarıdır, nəinki deputat olmaq…

-Nağıl danışırlar, nağıl. Baxsınlar onların fiziki gücünə, zehninə, əqli qabiliyyətinə, müdrikliyinə, ondan sonra danışsınlar. Düz danışmırlar. Hamısı qərəzdən irəli gəlir. Söz tapmırlar danışmağa?!

-Sizcə, millət vəkilləri öz funksiyalarını yerinə yetirə bilirlərmi, xüsusilə, yaşlılar?

-Bəli. Çox aktiv, çox mürikcəsinə yerinə yetirirlər. Qalan söz-söhbətlər boş söhbətdirlər, ölkəmizə düşmən qüvvələrin, təxrubatçıların işidir. Baxsınlar da dünya ölkələrinə. ABŞ prezidentin Trampın 74 yaşı var.  Ölkəni idarə edə billir, edir. Başqaları da həmçinin. İndi bizimkilərə nə olub?!

Rafiq_Məmmədhəsənov

rafiq-1

-Necə hesab edirsiniz, 5-ci çağırış Milli Məclisin və onun üzvlərinin fəaliyyəti tam yetərincədirmi, yetərli sayıla bilərmi? Şəxsən Sizin özünüzü qane edirmi?

-Tamamilə, qane edir.  Millət vəkillərimiz müdrikdirlər, ağıllıdırlar, kifayət qədər təcrübəlidirlər. Bütün qanunların qəbul oilunmasında aktiv şəkildə iştirak edirlər. Hər kəs öz təkliflərini verir, dövlətin siyasətini dəstəkləyir, dövlət quruculuğu prosesinə öz töhfələrini verir…

-Bəs sosial şəbəkələrdə, cəmiyyətin bəzi kəsimlərində niyə millət vəkillərinə qarşı bu qədər aqressiya var?

-Onu mən deyə bilmirəm, onu siz jurnalistlər daha yaxşı bilə bilərsiniz. Bəziləri deputat adı gələndə elə bilirlər ki, bunlar heç bir iş görmürlər, heç bir fəaliyyət göstərmirlər. Bunlar düzgün yanaşma deyil. Deputatlar həm seçiciləri arasında olurlar, həm onlardan daxil olan ərizə-şikayətlərin araşdırılması, həllini tapması ilə məşğul olurlar, həm də qanunyaradıcılığı prosesində iştirak edirlər.

Bunlar hamısı işdir, fəaliyyətdir. Qanunların qəbulunda müdriklik lazımdır. Odur ki, indiki parlament, indiki millət vəkilləri də öz işlərini yüz faiz yerinə yetirirlər. Bunu da tam əminliklə deyirəm. Parlamentimiz müdrik parlamentdir. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Diplomatik xidmət orqanları rəhbərlərindən prezidentə – MÜRACİƏT

Read Next

Prezidentdən diplomatlarla bağlı iki – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir