Parlamentin 3 günlük iclaslarında 11 məsələ müzakirə olunacaq

Milli Məclisin (MM) növbəti plenar iclaslarının, 3 günlük müzakirələrinin gündəliyi açıqlanıb.

Etikxeber.az-ın məlumatına görə, noyabrın 13, 14 və 15-i tarixlərində keçiriləcək plenar iclasların gündəliyi 11 məsələdən ibarətdir.

3 günlük müzakirələrdə 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, deputatların statusu, etik davranış qaydaları, MM-in Daxili Nizamnaməsi, həmçinin, notariatla bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri ( sonuncular  2-ci oxunuşlarda) nəzərdən keçiriləcək.

novruz-basss

samir_sarifov_03

800px-Ziyad_Səmədzadə

Büdcə müzakirələrinə baş nazir Novruz Məmmədov başda olmaqla, hökumət üzvləri də qatılacaqlar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Nəsillər arasında əlaqənin qırılması elm üçün böyük təhlükədir – AKADEMİK – BAXIŞ BUCAĞI

Read Next

Ziyad Səmədzadə büdcə müzakirələrində bankları tənqid etdi… – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir