Parlamentin 3 plenar iclası olacaq-GƏLƏN HƏFTƏ…

Gələn həftə Milli Məclisin (MM) 2021-ci il payız sessiyası çərçivəndə 3 plenar iclasının keçiriulməsi gözlənilir.

Etikxeber.az-a parlamentdən daxil olan məlumata görə, oktyabrın 11-i, 12-i və 15-nə təyin olunan iclaslarda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin birinci, ikinci və üçüncü oxunuşlarda müzakirə edilməsi, qəbul olunması və imzalanması, hüquqi qüvvəsinə minməsi üçün ölkə Prezidentinə göndərilməsi nəzərdə tuurlur.

Qeyd edək ki, bu ilin oktyabrın 18-də Azərbaycanın Müstəqllik haqqında Konstitusiya Aktının qəbul olunmasının, Azərbaycan ikinci müstəqlliyinin rəsmiləşdirilməsinin 30-cü ili tamam olur.

Onu da qeyd edək ki, qanun layihəsinə əsasən 28 mayın Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Bu gün Hadrutsuzluğa son qoyulduğu gündür-XİN PAYLAŞIM ETDİ

Read Next

Duman olacaq, külək əsəcək-YAĞIŞ YAĞACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir