Parlamentin daha üc komitəsinin iclası keçiriləcək – BU GÜN

Bu gün, oktyabrın 18-də Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin daha üç  komitəsinin iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Əmək və sosial siyasət komitələridir.

Əvvəlcə Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin iclası keçiriləcək.

İclaslarda öncə komitələrin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərin hesabatı, sonra hər iki komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə olunacaq.

Səhiyyə komitəsinin iclasında isə komitənin gündəmində olan və hazırlıqları davam etdirilən pasiyentlərin hüquqları, insan sağlamlığının qorunması, reproduktiv sağlamlıq, insan orqan və toxumalarının donorluğu, eləcə də, ailə həkimi ilə bağlı qanun layihələri ərafında müzakirələrin açılması gözlənilir.

Bununla yanaşı, Səhiyyə komitəsin iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.

Belə ki, qanun layihəsinin 7-ci maddəsinin (Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin hüquqları) 7.0.4-cü bəndinə edilən dəyişikliklə, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin “Psixoloji yardım haqqında” qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.

Ahliman

aqiye-deputat

HADIIII

Günün ikinci yarısında isə Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.

Hadi Rəcəblinin rəhbərlik etdiyi komitənin iclasında da öncə adıçəkilən komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərin hesabatı, sonra komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.

İclasda eyni zamanda, uzun müddətdən bəri komitənin gündəmində olan turizmlə bağlı yeni qanun layihəsi ətrafında müzakirələrin açılması gözlənilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

UEFA Çempionlar Liqasının qrup mərhələsi – NƏTİCƏLƏR – FOTO – YENİLƏNİB – (1)

Read Next

Muğamın qorunması ilə bağlı qanun layihəsi müzakirələrə hazırdır – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir