Parlamentin Dostluq Qrupunun rəhbəri səfirlə nəyi-MÜZAKİRƏ ETDİ? – FOTOLAR

 Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüş olub.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafından danışıb.

Qeyd edib ki, son bir ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, meksikalı parlamentarlarla videokonfranslar vasitəsilə görüşlər keçirilib, telefon əlaqələri saxlanılıb, aktual məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Səfir Xuan Rodriqo Labardini Flores həmin videokonfranslarda Meksika ilə Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrə dair təqdimatlar etdiyini xatırladıb. Bildirib ki, bugünkü görüşdən də məqsəd iqtisadi-ticari əlaqələrimizin perspektivlərinə dair fikirlərini bölüşməkdir.

Sonra Sakit Okean Alyansı (SOA) barədə ətraflı məlumat verən səfir Rodriqo Labardini 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-nın 10 yaşının tamam olduğunu, ötən dövrdə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə qəbul edildiyini bildirib.

SOA ölkələrinin əməkdaşlıq imkanlarından bəhs edib və təkliflər irəli sürüb. Azərbaycanla çoxşaxəli əlaqələr qurmaq, xüsusilə iqtisadi əlaqələri genişləndirmək,  kənd təsərrüfatı və ticarət sahələrində əməkdaşlığı dərinləşdirmək, idxal-ixrac əməliyyatlarını şaxələndirmək niyyətində olduqlarını diqqətə çatdırıb. Söhbətdə qonaq əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd edib.

Görüşdə işçi qrupunun üzvü Tural Gəncəliyev müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.

Etikxeber.az

Read Previous

“Əlilliyin ekspertizasının düzgün aparılması vacib şərtdir, ona görə də…”-MUSA QULİYEVDƏN TƏLƏB – FOTOLAR

Read Next

“Azad müəllimin vəziyyəti ağır olaraq qalır, ABŞ-dadır”-SƏMAYƏ MƏMMƏDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir