Parlamentin Hesablayıcı komissiyasının yeni rəhbərliyi seçildi

Parlamentin təzədən formalaşdırılmış Hesablayıcı komissiyasının yeni rəhbərliyi seçilib.

Etikxeber.az xəbər verir ki, Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov yenidən sədr, Sədaqət Vəliyeva isə katib seçilib.

Qeyd edək ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib.

Hesablayıcı komissiyasının tərkibinə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

Onu da qeyd edək ki, Mlli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış parlamentin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır.

Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.

Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir.

Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Etikxeber.az

Read Previous

Tramp və In yenidən bir arada

Read Next

Tələbələrin köçürülməsinin nəticələri açıqlandı: 1319 nəfərin müraciəti müsbət cavablandırıldı – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir