Parlamentin iclası: AYIN 24-DƏ 27 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ…

Milli Məclisin (MM) növbəti plenar iclası aprelin 24-də keçiriləcək və iclasın gündəliyinə 27 məsələ daxil edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə  məlumat verən MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclas saat 11:00-da başlayacaq.

Onun sözlərinə görə, iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Ombudsmanın illik məruzəsi haqqında, Azərbaycan Respublikasının torpaq icarəsi və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli qanunu ilə təsdiq edilmiş yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında, Azərbaycan Respublikası qanununun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsi, Ətraf mühitin mühafizəsi haqqında və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə layihə və digər layihələr müzakirəyə çıxarılacaq.

Etikxeber.az

Read Previous

Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı layihələrə ikinci oxunuşda-BAXILDI…

Read Next

38 yeni yoluxma-QEYDƏ ALINDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir