Parlamentin İnsan hüquqları komitəsi yaz sessiyasında ictimai müzakirələr, dinləmələr təşkil edəcək

“Milli Məclisin (MM) İnsan hüquqları komitəsi parlamentin qarşıdan gələn 2017-ci il yaz sessiyasında da qanunların müzakirəsini davam etdirəcək. Yəni, dövrümüzün perspektivləri ilə bağlı istər qanunvericilik təşəbbüsü subyektləri tərəfindən, istər də millət vəkillərinin təşəbbüsü ilə parlamentə, o cümlədən, komitəmizə daxil olan qanunların müzakirəsində aktiv rol alacağıq”.

Etikxeber.az xəbər verir ki, bunu MM sədrinin müavini Bahar Muradova sədri olduğu  parlamentin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.
B. Muradova bildirib ki, ümumiyyətlə, qanunvericilik bazasının formalaşdırılması prosesində adıçəkilən komitə mühüm rol oynayır.
“İstər qanun layihələrinin müzakirəsi, istərsə də,  bu və ya digər vacid məsələlərlə bağlı ictimai müzakirələrin, dinləmələrin təşkil edilməsi, keçirilməsi bizim başlıca fəaliyyət istiqamətlərimizdəndir. Bu baxımdan, növbəti yaz sesiyasında da bu məsələlərin parlametnin gündəmində qalması istiqəmində səylərimizi davam etdirəcəyik. Yəni, ictimai müzakirələr, dinləmələrlə bağlı məsələlər bu sessiyada da diqqtəmizdə və gündəmimizdə olacaq”-deyə, B. Muradova daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Millət vəkilindən telekanala təpki gəldi: “Düzgün deyil…”

Read Next

“Bu, Milli Məclisə hörmətsizlikdir” – YAP-çı deputat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir